Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, düzgündür. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
Əgər bir şəxs mübarək Ramazan ayında orucu pozan işləri bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzr olmadan yerinə yetirsə, oruc pozulur və orucun qəzasından əlavə, ona orucu bilərəkdən pozmağın kəffarəsi də vacib olur.
Şəri büluğ yaşına yeni çatan qızlara oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadır:
Başqa ibadətlərdə olduğu kimi, orucda da niyyət etmək vacibdir. Yəni Allahın əmrinə itaət etmək niyyətilə yeyib-içməkdən və orucu pozan digər işlərdən çəkinmək lazımdır.
Oruc – səmavi dinlərdə insanın kamilləşməsinə xidmət edən ən mühüm ibadətlərdən biridir. Bu ibadət İslam şəriətindən öncəki şəriətlərdə də vacib buyurulmuşdur. İslam şəriətində orucu mübarək Ramazan ayında tutmaq əmr olunub.