İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İslam Şurası Məclisinə XII çağırış seçkilərinin 2-ci mərhələsində iştirak etmək üçün səsvermə mərasiminin ilk dəqiqələrində Tehran şəhəri İmam Xomeyni (r.ə) adına hüseyniyəyə gedərək seçkilərin elektron formada təşkil edilən bu mərhələsində səs verdi.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həcc İdarəsinin məsul şəxsləri, işçiləri və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə Allahın yad edilməsi, müsəlmanların vəhdəti və qarşılıqlı əlaqələrinin Həcc ayininin iki çox mühüm mənəvi və sosial komponenti olduğunu dedi.
İslam İnqilabının böyük Rəhbəri müəllim günü münasibətilə ölkənin minlərlə müəllim və təhsil işçisi ilə görüşündə müəllimə qarşı hörmət və minnətdarlığı xalqın hər bir fərdinin vəzifəsi olduğunu qeyd etdi. O, əhəmiyyət və effektivlik baxımından təhsil qurumunun heç bir qurumla müqayisə oluna bilinməyəcəyini vurğulayaraq sözünə əlavə etdi:
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə fəhlə və zəhmətkeşlə görüşdə fəhlə və zəhmətkeşlər sinfinin istehsal sıçrayışı və ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasındakı açar roluna aydınlıq gətirərkən qane və nəcib fəhlə sinfinin problemlərinin həlli istiqamətində məsul şəxslərin üzərinə düşən vəzifələrdən danışdı: “Fəhlə və zəhmətkeşlərin vəziyyəti yaxşı olarsa, xalqın da vəziyyəti yaxşı olacaq”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin ali komandanlarından bir qrupu ilə görüşdə son hadisələrdə göstərdikləri uğurlu fəaliyyətlərinə görə onlara səmimi qəlbdən təşəkkür etdi: “Silahlı Qüvvələr Allahın lütfü ilə öz güc və bacarıqlarının gözəl simasını və İran xalqının tərif və təqdirəlayiq bir simasını nümayiş etdirdilər, İran xalqının beynəlxalq arenada güclü iradə sahibi olduğunu sübuta yetirdilər”.
Bu gün əziz vətənimizin bütün nöqtələrində iranlılar bir yerə toplaşıb vahid və sıxı sıralar yaradaraq mübarək Fitr bayramının namazını qıldılar; iman sevinci və bəndəlik şövqü ilə aşıb-daşan qəlbləri ilə kərəm sahibi olan Allahdan öz fərdi, ailə, ictimai və milli ehtiyaclarını dilədilər. Paytaxtda əzəmətli Fitr bayramının namazı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi, mömin və müvəhhid insanların izdihamlı iştirakı ilə Tehranın müsəllası və ətraf küçələrdə qılındı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və ölkə əhalisinin müxtəlif təbəqələrindən olan bir qrup insanla görüşdə xalqı mübarək Fitr bayramı münasibətilə təbrik etdi. İran xalqına Beynəlxalq Qüds günü yürüşündəki heyrətamiz və izdihamlı iştiraka görə təşəkkürünü bildirən Ali Rəhbər vurğuladı: “Xalqa həqiqi təşəkkür məsul şəxslər tərəfindən problemlərin həlli istiqamətində dayanmadan göstərilən səylərin davam etdirilməsi və bu səylərin nizama salınması ilə gerçəkləşəcək”.
İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan sonra 3000-ə yaxın tələbə və universitetlərin siyasi, ictimai, mədəni və elmi təşkilatlarının nümayəndələri ilə 2,5 saat davam edən görüşdə “bu gündən daha yaxşı sabah” prinsipinin ölkənin və dövlətin əsas məqsədi olduğunu dedi. O, tələbələri və tələbə təşkilatlarını bu əsas məqsədə çatmağa, ölkənin maddi və mənəvi geriləmələrsiz inkişafına nail olmaq üçün yeni həll yolları təqdim etməyə çağırdı: “Alim yetişdirmək, elm istehsal etmək və bu iki kateqoriyaya istiqamət vermək universitetin üç əsas vəzifəsidir”.
İslam İnqilabının Ali Rəhbəri bu gün qüvvələrin rəhbərləri, dövlətin rəhbər və məsul şəxsləri, sosial, siyasi və mədəni simalardan bir qrupu ilə görüşdə ölkənin təbii və insani potensiallarının xalqın haqlı gözləntilərinin gerçəkləşməsi üçün münasib olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei qəsbkar və mənfur sionist rejim tərəfindən şəhid edilmiş İslamın yüksək dərəcəli generalı, Keşikçilər Korpusunun generallaırndan olan general-mayor Məhəmmədrza Zahidi və onun döyüş yoldaşları ilə bağlı verdiyi başsağlığı mesajında vurğuladı: “Allahın gücü və qüvvəsi sayəsində onları bu və bənzər cinayətlərinə görə peşman edəcəyik”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimət qüvvələri və Qəzza əhalisinin bu ana qədər meydanın qalibi olduğunu dedi: “Qəzza və Fələstin əhalisinin müqaviməti və izzətinin zirvəsi, sionist rejimin bu altı aylıq müharibədəki uğursuzluqları ilahi bir hadisədir”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Fələstinin müqavimət qüvvələri və Qəzza əhalisinin misilsiz müqavimətini yüksək qiymətləndirərək dedi: “Qərbin tam dəstəyi ilə sionist rejim tərəfindən həyata keçirilən cinayətlər və vəhşiliklərə qarşı Qəzza əhalisinin göstərdiyi tarixi səbr İslamı, həqiqətən, şərəfləndirən və düşmənin istəyinə baxmayaraq, Fələstin məsələsini dünyanın birinci dərəcəli probleminə çevirən çox böyük bir hadisədir”.
Dünən gecə, yəni Əhli-beytin kərəm və səxavət simvolu olan Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi şairlər, mədəniyyət işçiləri və fars ədəbiyyatı nümayəndələrindən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.